• info@m-trans.az
  • 012 310 3979

ŞİRKƏT HAQQINDA

"M-Trans" MMC 2011-ci ildə Azərbaycan Respublikasının, Xaçmaz şəhərində yaradılmışdır və "M-Forward" şirkətlər qrupuna daxildir. Şirkətimiz həm yerli, həm də beynəlxalq yüklərin daşınması ilə məşğuldur. Uzun illərə dayanan təcrübəmizə əsaslanaraq istər quru, istər dəniz, istərsə də hava yolları ilə müntəzəm olaraq yük daşınma ehtiyaclarınızı təmin edə biləcəyimizə əmin ola bilərsiniz. Yük maşınlarımızın istehsal illəri 2003-cü ildən başlayaraq 2014-cü ilədəkdir. Şirkətimizə məxsus olan 80-dən çox konteyner daşıyıcı, 150-dən çox Avro 5, Avro 6 standartlarına uyğun olan refrejerator və yük avtomobillərimiz var. M-Trans MMC Beynəlxalq səviyyədə tanınmış böyük su nəqliyyatı şirkətləri olan Maersk, MSC, ARKAS və digər şirkətlərlə uzun müddətli və sıx əməkdaşlıq edərək, daşınmanın həcmindən, məsafəsindən asılı olmayaraq, logistika sahəsində regionun ən etibarlı və sərfəli şirkəti olaraq marka adını qazanmışdır.

MİSSİYAMIZ

Ticarət etdiyi firmaların istəklərini ən üst səviyyədə həyata keçirən, çalışqan bir komanda olaraq müştərilərinin məmnuniyyətini önəmsəyən, yenilikçi və marka dəyərini yüksək tutan logistika şirkəti olmaq.

VİZYONUMUZ

Logistikada fərqliliklər yaradaraq və daima böyüyərək, bugünkü təcrübələriylə logistika sahəsinin sabahına istiqamət verən, bütün müştəriləri tərəfindən qlobal ölçüdə ən çox seçim edilən prestijli bir şirkət olmaq.

ÜSTÜNLÜKLƏRİMİZ

-Yükdaşımaların optimal çatdırılma yolnu seçmək

-GPS sensor (datçik) vasitəsi ilə yüklərin harda olduğunu izləmə imkanının olması

-Sifarişlərin operativ yerinə yetirilməsi

-Müxtəlif nəqliyyat növlərindən istifadə etməklə qapıdan qapıya çatdırılma

-Yüklərin gömrük rəsimləşdirilməsi ilə bağlı məsləhətlətin verilməsi

-Anbarlama xidmətləri

-Reyslərin dəqiqliyi və müntəzəmliyi

-Çalışdığımız partnyorların uzun müddətli iş təcrübəsi

BİZİM GÜCLÜ TƏRƏFLƏRİMİZ

-Konteynerlərin GenSet qurğusu ilə müəyyən olunmuş temperatur rejimində təmin olunması

-Online olaraq qoşqularda temperaturun izlənməsi və idarə edilməsi

-Meyvə tərəvəz və qida məhsullarının xüsusi konteynerlərdə daşınması

-Şirkətə məxsus olan yük avtomobillərinin miqdarının və avtomobillərin son Avro 5,Avro 6 standartlarına uyğun olduğunu nəzərə alaraq,biz effektiv və operativ şəkildə yüklərin çatdırılmasının asanlıqla təmin edirik

Sertifikatlar

ISO 9001:2015

Keyfiyyəti İdarəetmə Sistemi

ISO 14001:2015

Ətraf Mühiti İdarəetmə Sistemi

ISO 45001:2018

İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi

Tərəfdaşlarımız